Azərbaycan İran qazının öz ərazisi ilə Avropaya tranzit imkanını nəzərdən keçirir.

Məlumata görə, bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, bu, İranın Transanadolu qaz boru kəmərinə (TANAP) qoşulması yolu ilə mümkün olacaq.

N.Abbasov İraq qazının Azərbaycan ərazisi ilə Avropaya nəqli imkanını da istisna etməyib.