Foto © Zeit.de
Foto © Zeit.de

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada yaşayan türk jurnalist Adil Yiğit deportasiya edilməcəyək.  AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Hamburq şəhər Əcnəbilərlə İş üzrə Federal İdarəsi məlumat yayıb. 

Məlumatda deyilir ki,  jurnalistə humanitar səbəblərlə yaşamaq icazəsi veriləcək. Eyni zamanda indiki vəziyyətdə o ölkədən deportasiya edilməyəcək.

Jurnalist A.Yiğit isə açıqlamasında bildirib ki, uzun müddətli yaşamaq icazəsi almaq üçün və eyni zamanda barəsində Almaniya Miqrasiya və Qaçqınlarla iş üzr Federal İdarənin (BAMF) verdiyi qərardan məhkəməyə şikayət verib. 

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlin səfəri zamanı Merkel ilə birgə keçirdiyi mətbuat konfransında etiraz edən jurnalist Adil Yiğit deportasiya ediləcək. 

A.Yiğit həmin mətbuat konfransında şüar yazılan köynəyi geyinərək Ərdoğana etiraz etmiş, Türkiyədə həbsdə olan həmkarlarının azad olunmasını tələb etmişdi.

İndi Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) jurnalist A.Yiğit barəsində deportasiya qərarı verib. 

Qərarda səbəb kimi göstərilib ki,  A.Yiğit Türkiyə pasportunu geri alıb : “Bu halda artıq o mühacir sayıla bilməz”.  

BAMF-ın jurnalistə göndərdiyi məktubda qeyd olunur ki, ölkəni könüllü tərk etməsi ilə bağlı yanvarın 22-ə kimi vaxtı var. Əks təqdirdə o, zorla deportasiya ediləcək. 

Mövzu ilə bağlı danışan jurnalist A.Yiğit isə bildirib ki,  uşaq vaxtlarında Fransaya mühacirətə gedib. Sonra Almaniyaya gələn jurnalist artıq 40 ildir ki, burada yaşayır. 

“Almaniyanın mənə mühacir kimi verdiyi pasportu özüm geri qaytarmışam. Bu ölkədə qanuni olaraq 40 ildir yaşayıram. Türkiyə pasportumu geri alan kimi problemlər başladı. Ərdoğan mənim haqqımda sərt sözlər demişdi. İndi Ərdoğan mediası məni hədəfə alıb. Bir yandan da məni Türkiyəyə sürgün etmək istəyirlər. Budur Almaniya demokrtasiyası?”