Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi postuna əsas namizədlər bəlli olub.

“Report” “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi hazırda iki namizədi gözdən keçirir. Bunlar fransalı Loran Blan və türkiyəli Kemal Özdeşdir. “Fənərbağça”nın fransalı idman direktoru Damien Komollinin həmyerlisini komandanın sükanı arxasına gətirməkdə daha çox maraqlı olduğu bildirilir.

Vətənində “Bordo” və Fransa yığmasına başçılıq etdikdən sonra Blanın axırıncı iş yeri PSJ olub. 53 yaşlı mütəxəssis 2016-cı ilin iyunundan işsizdir. Özdeş isə Türkiyənin U-19 yığması ilə yanaşı, “Konyaspor”, “Manisaspor”, “Gənclərbirliyi”, “Balıkesirspor”, “Karşıyaka” və “Kasımpaşa”da çalışıb. 48 yaşlı mütəxəssis son klubundan yayda ayrılıb.

Qeyd edək ki, “Fənərbağça” Super Liqanın X turunda “Ankaragücü” komandasına 1:3 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçi Filip Koku ilə yollarını ayırıb.