Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), DİN və Milli Qvardiya ilə birlikdə Tatarıstanda İŞİD terror təşkilatının yerli bölməsini aşkarlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bölmənin üzvləri Rusiya ərazisində bir neçə irimiqyaslı hücum təşkil etməyi, daha sonra da Suriyadakı həmkarlarına qoşulmağı nəzərdə tuturmuşlar: “Bu məqsədlə onlar radikal ovqatlı gənclərdən özlərinə tərəfdar toplayır və terror üçün ləvazimat əldə edirdilər”.

Məlumata görə, cəmi 7 nəfər İŞİD üzvü və 18 nəfər təəssübkeş saxlanılıb, 18 ünvanda aparılan axtarış zamanı silah-sursat, radikal məzmunlu ədəbiyyat, İŞİD rəmzləri müsadirə olunub.