Bir müddət əvvəl müğənni Mustafa Sandal və model Ceren Hindistanın sevgili olduğu haqda iddialar yayılsa da ikili bu xəbərlərin yalan olduğunu demişdi.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, “2-ci sayfa” adlı proqramda gerçəklər üzə çıxıb. Belə ki, Ceren verilişdən əvvəl Mustafanın ona yazdığı mesajları aparıcılardan birinə göstərib. İddialara görə, sənətçi mesajda bu sözləri yazıb:

“Sən gözəlsən, mən də yaraşıqlı. Niyə sevgili olmuruq? Tək problem sənə baxarkən diqqətimin dağılmasıdır. Mənə aşiq olmaqdan başqa çıxış yolu qoymamısan. Gördün, xəbər saytlarındakı şəkillərdə necə gözəl yarşamışıq? Mənə şəklini at, gözlərinə baxmaq istəyirəm. Evinin ünvanını de, gəlim”.

Qeyd edək ki, Mustafa bundan əvvəl Emina Yahoviçlə ailə qurmuşdu. Ceren isə azərbaycanlı iş adamlarından biri ilə sevgili idi.