Aktrisa Məryəm Üzerli sosial media hesabından paylaşdığı yeni fotosu ilə gündəm olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məryəm yeni döyməsini izləyiciləri ilə bölüşüb.

O, ayağının yuxarı hissəsinə şir başı şəklini döydürtdürüb. Üzerlinin fotosu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Onlar aktrisadan döyməsinin mənasını soruşublar.