Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın Köln şəhərində yaşayan Həcər Uğurlu tramvayla işə gedərkən tanımadığı bir şəxsin hücumuna məruz qalıb. AzEuroNews.com xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya aparılan H.Uğurlu bu barədə polisə məlumat verib. 

Xəstəxanada müalicə alan H.Uğurlu ifadəsinə bildirib ki, ona xəsarət yetirən şəxsi tanımır : “Günortadan sonra işə getmək üçün tramvaya mindim. Tramvayda çox sərnişin var idi. Yanımda oturan şəxs üzümə baxıb nəsə dedi. Sonra məni söyməyə başladı. Bir qədər sonra özü-özünə danışdı. Düşəcəyim stansiyada ayağa qalxmaq istəyəndə üzümə və başıma yumruqla zərbələr endirməyə başladı. Bunu görən sərnişinlərdən heç kim müdaxilə etmədi. Az qalsın məni öldürürdü. Tramvayın qapısı açılanda mənə hücum edən şəxs qaçdı” .

 

H.Uğurlu tramvaydakı kameraların hadisəni çəkməsinə ümid edir ancaq, sürücünün “kamerların çoxu işləmir” deməsi ona hücum edən şəxsin tezliklə yaxalanmasını mümkünsüz edir. 

Hadisə ilə bağlı Türkiyənin Kölndəki baş konsolu Ceyhun Erciyes mühacir Hatice Uğurlunu xəstəxanda ziyarət edib. O, hadisə ilə bağlı polisdən məlumat aldığını, hadisəni şiddətli şəkildə qınadığını və eyni zamanda cinayətkarın tez bir zamanda yaxalanması üçün aidiyyatı orqanlara müraciət edəcəyini söyləyib. 

Foto © AA