Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada minimum əmək haqqı artırılır. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən xəbərə görə, artıq 1 yanvar 2018-ci ildən etibarən minimum əmək haqqı bütün sənaye sahələrində istisnasız tətbiq olunur. Bir neçə xüsusi vəziyyətdən başqa, əmək haqqının minimal miqdarı Almaniyada işləyən bütün işçilərə aiddir. Federal Statistika İdarəsinin məlumatına görə, 2019 -cu ildən minimum əmək haqqı 42 sent, növbəti ildən yəni, 2020-ci ildən isə 16 sent artırılacaq. 

Hazırda qanunvericiliyə görə, minimum əmək haqqının 1 saatlıq norması 8,84 avro təşkil edir. Beləliklə, həftə ərzində 40 saat işləyən şəxs, aylıq 1500 avrodan çox qazanmalıdır.

Alman hökumətinin qərarına görə, işçilərə 2019-cu ildən minimum əmək haqqının bir saatlıq norması 9,19 avro müəyyən edilib. İşəgötürənlər 2020-ci il tarixindən işçilərin hər saatı üçün 9, 35 avro ödəməlidirlər.