Paris, Milan, London, Nyu-Yorkda keçirilən moda sərgilərində bu il palto seçimində nələrin dəbdə olduğu açıqlanıb. Dəbsevərləri bu il palto seçimində çoxlu surprizlər gözləyir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-2019-cu ildə daha çox rəngli paltolar gündəmdə olacaq. Ötən ildən fərqli olaraq enli paltolar öz aktuallığını itirəcək. Daha çox dar, bədənə tam oturan və kəmərli paltoları istər xanım, istərsə də, bəylərin əynində görmək mümkün olacaq.

Parça seçiminə gəldikdə isə daha çox parıltılı paltolar dəbdədir. Yumşaq kaşemir həmişəki kimi yenə də aktuallığını qoruyacaq. Dizaynerlerin bir yeniliyi də odur ki, paltolarda parça ilə dəri kombinasiya edilib.