Xəbər verdiyimiz kimi, müğənni Sərdar Ortacın xanımı Xloe Louqnan motosiklet qəzasına düşüb. Lakin aparıcı Asena Atalay onun əslində döyüldüyünü deyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni yayılan iddialara cavab verib:

“Deyirlər ki, Sərdarın xanımını döyüblər. Əlimizdə qəzadan sonra xəstəxanadan verilən sənədlər var. Deyək ki, yalandır və sağ, sol qolunu qırıb. Bəs başqa xəsarətlər alması necə olub? Əvvəl sağ, sonra sol qolunu qırıb. Belə xəsarət yetirə biləcək boksçu var? Onda bu işkəncədir”.