Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransada yaşayan türklər Türkiyədən gələn ianələr hesabına məscid tikiblər. AzEuroNews.com xəbər verir ki, Annisi şəhərində tikilən came burada yaşayan türklərə 2.5 avroya başa gəlib.

Tikilən məscidə Yavuz Sultan Camesi adı verilib. 

Açlış mərasimində danışan Annsi şəhərinə aid Rumilli qəsəbəsinin bələdiyyə sədri Pierre Bexet deyib ki, Fransada hər kəs din və mədəniyyətlə bağlı praktik iş görə bilər.

“Bu mövzuda Atatürkün nəvələrinə dərs verə bilmərəm” deyə Pierre Bexet deyib. 

Açlış mərasimində bildirilib ki, Türkiyədə vətəndaşlardan yığılan ianələr hesabına inşa edilən məscid 2.5 avroya başa gəlib. Eyni anda 1000 nəfərin ibadət edə biləcəyi məsciddə həm də mədəniyyət mərkəzi var.