Araşdırma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzi tərəfindən təqdim edilir  

 

➤ Kanada geniş ərazi və zəngin təbii ehtiyatlara malikdir, Şimali Amerikada yerləşir. Dünyada Səudiyyə Ərəbistanı və Venesueladan sonra daha çox neft ehtiyatlarına malik üçüncü ölkədir. Üç okeanla əhatə olunan bu ölkə yalnız ABŞ-la sərhəddir. Bu gün Azərbaycan vətəndaşlarının köçmək istədikləri ən populiyar ölkələrdən biridir. Kanada yüksək yaşayış səviyyəsi, sosial standartlar, keyfiyyətli təhsil və inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdən biridir. Kanada hökuməti ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün xaricdən daha çox mütəxəssis cəlb etmək istiqamətində fəaliyyət göstərir.
Bu yazıda 2019-2020 -ci illərdə Kanadaya getmək istəyənlərin diqqətinə bəzi zəruri məlumatları çatdırmağa çalışacağıq.
İnvestor kimi getmək istəyən şəxs bu ölkənin iqtisadiyyatına 800. 000 CAD (Kanada dolları) sərmayə qoymalı və eyni zamanda:
1. 1,600,000 CAD məbləğındə mülkiyyətinin olmasını sübut etməlidir. Kapital təkcə nağd pulla deyil, qiymətli kağızlar, daşınmaz əmlakın bazar qiyməti, nəqliyyat vasitələri, yaxtalar, incəsənət əsərləri və s. də ola bilər.
2. Kanada iqtisadiyyatına 5 il müddətinə 800,000 CAD qoymalıdır. Kanada hökuməti zəmanət verir ki, qoyulan sərmayə ölkənin inkişafına sərf ediləcək. Eyni zamanda Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyi həmin məbləğın 5 il 2 ay sonra qaytarılması haqqında öhdəlik götürür.
3. Biznesin idarə olunması sahəsində şəxsi bacarıqlarını nümayiş etdirməlidir.

➤ Kanada 2020-ci ilə kimi bir milyon nəfər miqrant qəbul etməyə qərar verib. Azərbaycan kimi ölkələrin əksəriyyəti öz vətəndaşlarının bu fürsətdən faydalanmasına dəstək verir. Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdə maarifləndirmə ilə bağlı xüsusi ofislər fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının da maariflənməsinə ciddi ehtiyacın olmasını nəzəzrə alaraq bu məlumatı hazırlamaqla paylaşmağa qərar verdik.
Xaricə köç haqqında qərar hər kəsin həyatında ən ciddi hadisələrdən biridir. Bu, həmişə uğurla nəticələnmir. Bəzən köç edənlər cinayətkar şəbəkələrin toruna düşür və qanunsuz miqrasiya təşkil edən cinayətkar qrupların qurbanına çevrilirlər. Buna görə də immiqrasiyaya qərar verənlərə immiqrasiya sahəsində təcrübəsi olan şəxs və etibarlı mənbələrdən məlumat almağı məsləhət görürük. Daha yaxşı məlumat alsanız və bilik əldə etsəniz, şübhə etməyin ki, ilk cəhddə istəyinizə nail olacaqsınız. Biz maraqlanan hər kəsə tövsiyə edirik ki, Kanadada fəaliyyət göstərən İmmiqrasiya üzrə Koorparasiya Qrupuna (Immigration Corporation Group) müraciət etsin. Bu qrup Kanadanın bütün immiqrasiya proqramları ilə işləyir və əməkdaşları bu sahəni mükəmməl bilirlər. Bu kompaniyanın baş ofisi Toronto şəhərində yerləşir. Onların həmçinin Rusiya, Ukrayna və Qazaxıstanda da ofisləri var. Kanadaya immiqrasiya ilə bağlı daha yaxşı olar ki, bu saytdan məlumat alasınız: icgworld.ca
Vacib məlumat: Şirkətlə danışıqlar zamanı ilk anda tələb olunan ödənişin hamısını ödəməyin. Şirkətə immiqrasiya ilə bağlı danışıqlar prosesi davam etdiyi müddətdə ödənişinizi bir neçə hissəyə bölməklə ödəməyi təklif edin. Eyni zamanda müqavilə bağlayan zaman müqaviləni məlumat almaqla bağlı xidmət üçün deyil, Kanadada yaşayış icazəsinin alınması üşün imzalayın. Bütün məlumatları şirkətin səhifəsindən diqqətlə oxuyun və əməl edin.


➤ Kanadaya necə getmək olar?


Əsas qaydalar. İlk olaraq Kanadada yaşamaq və işləmək üçün immiqrasiya vizası və ya daimi yaşayış statusu üçün müraciət etməlisiniz. Kanada hökumətinin müəyyən etdiyi qaydalara görə, ilk olaraq immiqrasiya və vətəndaşlıq məsələləri üzrə hökümət portalında müəyyən edilən qaydada xüsusi testdən kecmək lazımdır. (Testdən bu sayta daxil olmaqla keçə bilərsiniz: www.cic.gc.ca/ctc-vac/getting-started.asp). Testdən keçməniz hələ Kanadaya getmək üçün zəmanət deyil. Lakin bu, ilkin uğurun əldə olunması deməkdır.
Kanadaya getmək istəyənlər üçün kifayət qədər populyar proqramlardan biri “İşədüzəltmə proqramları üzrə Kanadaya immiqrasiya” adlanır. Bu layihənin məqsədi xarici mütəxəssislərin hesabına Kanada iqtisadiyyatının iştirakına nail olmaqdan ibarətdir. Belə mütəxəssislərə eyni zamanda daimi yaşamaq hüququ da verilir. Bu, Kanadaya getməyin ən əlverişli yollarından biri hesab olunur. Bu proqramda iştirak etmək üçün 2015-ci ildən başlayaraq ilkin ekspress-giriş adlanan proqramdan istifadə etmək tələb olunur. Yəni namizədin proqramda iştirakı üçün müəyyən olunmuş tələblərə cavab verdiyini müəyyənləşdirən xüsusi bir onlayn sorğu doldurulur. (Sorğunu bu sayta daxil olmaqla doldura bilərsiniz: ttp //www.cic.gc.ca/english/express-entry/grid-crs.asp). Testin nəticələrinə görə iştirakçı müəyyən qədər bal toplayır. Toplanmış bal vərdişlər, təhsil səviyyəsi, dil bilikləri, dünyagörüşü və s. haqqında suallardan formalaşdırılır. Kim daha çox bal toplaya bilirsə, onun qəbul olunmaq şansı o qədər artır.

1. Federal Skilled Worker programı
Bu proqram üzrə əsas tələblər:
1. Kanadada tələb olunan peşələrdən birində son 10 il ərzində ən azı 1 il işləməyi sübut edən əmək staji. Buna alternativ kimi Kanadaya işəgötürənin dəvətnaməsi və Kanadanın təhsil ocaqlarından birində doktorluq təqaüdünün alınmasını subut edən sənədin olması mümkündür.
2. İngilis dilini və ya fransız dilini tələb olunan səviyyədə bildiyini təsdiq edən sənəd ( bu barədə qaydaları buradan əldə edin: ttp //www.cic.gc.ca/english/immigrate/skilled/language-testing.asp) .
3. Təhsilin Kanada standartlarına uyğun olması. Təhsilin səviyyəsi xüsusi ixtisaslaşmış agentlik tərəfindən yoxlanlılır (ECA agentliyi).
Yuxarıda göstərilən əsas tələblərdən əlavə, namizədin yaşı və yaş həddinin Kanadaya uyğunlaşma imkanları qiymətləndirilir. Hər bir bənd üzrə 67 baldan yüksək bal toplanması tələb olunur.
Qeyd olunanlardan başqa tibbi müayinədən keçmək, məhkumluq haqqında arayış, ilkin olaraq Kanadada yaşamaq üçün tələb olunan maliyyə vəsaiti olmalıdır.
Kvebek əyalətinə getməmək haqqında öhdəlik sənədi.

2. Canadian Experience Class proqramı
Bu proqram artıq müvəqqəti olaraq Kanadada yaşayan və işləyən və ya oxşar bir təcrübəyə malik olan daimi yaşayan əcnəbilərin status alması üçün nəzərdə tutulmuşdur. Bu layihə üzrə yaşamaq hüququ almaq üçün əsas tələblər aşağıdakılardır:
1. Son 3 il ərzində ən azı 12 ay hansısa bir Kanada şirkətində iş təcrübəsi. Şəxsi sahibkarlıq və ya tələbə kimi işləmək bu proqram üzrə təcrübə hesab edilmir.
2. İngilis və ya fransız dilini peşəkar fəaliyyət üçün tələb olunan səviyyədə bilmək.

3. Federal Ticarət Proqramı (Federal Skilled Trades program)
Bu növ miqrasiya birbaşa professional fəaliyyətin bəzi sahələri ilə bağlıdır. Bunun üçün tələb olunan əsas şətrlər aşağıdakılar hesab olunur:
1. Kanadada tələb olunan ixtisas üzrə son 5 ildə ən azı iki il iş stajının olması, professional təcrübənin olmasını təsdiq etdirməklə.
2. Kanadadakı işəgötürənin adından dəvətnamənin olması və ya Kanadanın əyalətlərinin biri tərərfindən verilən ixtisas sertifikatlarının təqdim olunması .
3. İngilis və ya fransız dilinin bilməsini təsdiq edən sənəd və Kvebek əyalətində yaşamaq arzusunda olmamasını təsdiq edən sənədin olamsı.

Bu qeyd olunanlar Kanadaya dövlət əhəmiyyətli miqrasiya proqramlarıdır. Bundan başqa əyalətlər və bölgələr üzrə fəaliyyət göstərən proqramlar da mövcuddur. Bunlara, məsələn, fransızdilli Kvebekə miqrasiyanı misal kimi göstərmək olar. Belə ki, mütəxəssislərə olan ehtiyaclara uyğun olaraq müxtəlif regionlar öz ehtiyaclarına uyğun əcnəbi mütəxəssisləri Kanadaya dəvət edirlər.

4. Kanadaya sərmayə ilə bağlı immiqrasiya
İşədüzəlmə sahəsində olduğu kimi Kanadada ölkənin iqtisadiyyatına sərmayə qoyan şəxslər haqqında da immiqrasiya qaydaları mövcuddur. Ölkəyə qoyulacaq sərmayənin məbləğı əyalətlərə görə fərqli məbləğlərdə ola bilər.
Kanadaya sərmayə qoyaraq köçmək üçün ən az tələb olunan sərmayə 125000 dollardır. Bu məbləğ Kanadanın Yeni Bransuik (New Brunswick) əyalətində tələb olunan məbləğdır.
Ontario(Ontario) əyalətində isə 5 milyon dollar sərmayə tələb olunur. Bu barədə daha dəqiq məlumatı http:hochusvalit.comsaytından ala bilərsiniz(бизнес-иммиграции в Канаду).
Biznes plan əsasında Kanadaya o halda getməyə icazə verilir ki, bu plan bu sahədə təcrübəsi olan mütəxəssis üçün hazırlanmış olsun. Biznes proqramlar əsasında investorlarla yanaşı tanınmış və məşhur şəxslər, beynəlxalq dərəcəli idmançılar və incəsənət adamları da səfər edə bilərlər. Biznes immiqrasiyasına iddia edənlər Kanadanın iqtisadiyyatına yatırım edəcəklərini sübut etməli, yaxud Kanada üçün gəlirli biznes qurmalı, iş yerləri açmaqla Kanada iqtisadiyyatına təkan vermək gücündə olmalarını təsdiqlədə bilməlidirlər.
Kanadaya bu proqram daxilində köc etmək istəyən şəxslər Kanadaya yatırım etmək istədikləri vəsaitin mənbəsini göstərməlidirlər.
Kanadaya biznes-immiqrasiyanın 4 kateqoriyası mövcuddur:
1. İnvestorlar
2. Sahibkarlar (Entrepreneur). İnvestor kimi Kanadaya getmək istəyən şəxs Kanada iqtisadiyyatına 800.000CAD yatırım etməli və ezni zamanda:
1. 1,600,000 CAD məbləğındə mülkiyyətinin olmasını sübut etməlidir ( kapital təkcə nağd pulla deyil, qiymətli kağızlar, daşınmaz əmlakın bazar qiyməti, nəqliyyat vasitələri, yaxtalar, incəsənət əsərləri də ola bilər).
2. Kanada iqtisadiyyatına 5 il müddətinə 800,000 CAD məbləğində sərmayə qoymaq. (Kanada hökuməti qarantiya verir ki, Sizin sərmayəniz Kanadanın inkişafına sərf ediləcək və 5 il 2 ay müddətindən sonra Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyi həmin məbləğın sizə qaytarılması haqqında öhdəlik götürür.)
3. Biznesin idarə olunması sahəsində şəxsi bacarıqlarınızı nümayiş etdirməlisiniz.

3. Startup Viza- https://vancouverok.com/programma-startap-viza-kanada-entre…
Startup Viza Proqramı.
Vizanın bu növü son illərdə populyarlığını artırmaqda davam edir. Əslində bu viza özlüyündə biznes immiqrasiya viza növünə də aid edilə bilər. Bu viza növü texnologiya sferasına aid innnovasiya növlü startap ideyalara malik şəxslərə verilir. Kanadada startap biznes acmaq istəyən şəxslər bununla bağlı biznes planlarını baxmaq üçün təqdim etməlidirlər.
Təqdim olunan biznes proqramlarına baxan əyalətlər qərar verməkdə tam sərbəstdirlər.
Kanadaya startap viza növünün alınması üçün ərizəçi:
1. Startapın icrası üçün biznes plana malik olmalidir.
2. Layihəni təqdim etdiyi təşkilatı ideyanın əhəmiyyətli olmasına inandırmalıdır.

4. Özfəaliyyət qabliyyətli şəxslər (Self-employed persons)
Özfəaliyyətlə məşğul (Self-employed persons) olanlara idman və incəsənət sahəsində, eyni zamanda fermer təsərrüfatlarında uğur əldə edənlər aiddir.
Bu kateqoriyaya aid olan şəxslər Kanadanın idman və mədəni həyatına tövhə vermək imkanında olmalarını sübut etməlidirlər, məsələn:
а) Beynəlxalq səviyyəli idmançılar (beynəlxalq turnirlərdə iştirak edən şəxslər), məşqçilər (xüsusi idman məktəbləri olanlar nəzərdə tutulur);
б) artistlər, müğənnilər, rəssamlar, şair və yazıçilar, fotoqraflar, tərcüməçilər, dizaynerlər və s. peşə sahibləri;
в) fermerlər, fermaların açılması, alınması, satılması və idarə olunmasında Kanadada təcrübəyə malik olan şəxslər.
Bürtün sahələr üzrə eyni vaxtda sənədlərin təqdim olunması yolverilməzdir.
Kanadaya təhsillə bağlı immiqrasiya
Kanadada təhsil — bu, beynəlxalq standartlara uygun olaraq diplom alımağın əla bir yolu olmaqla yanaşı həm də ilkin karyera dövründə inteqrasiya üçün əla qayda hesab olunur. Hazırda Kanadada 250 000 xarici tələbə təhsil alır. Kanadada təhsil alanlara orada iş tapmaq və daimi yaşamaq hüququ almaq da kifazət qədər asandır. Kanadada təhsil almaq üçün icazənin alınması tələb olunur.
Aşagıdakı qaydada təhsillə bağlı Kanadada icazə almaq mümkündür:

1. Kanadanın təhsil ocaqlarından birində tələbə kimi qeydiyyata alınmaq.
2. Təhsil və təhsil müddətində yaşamaq üçün tələb olunan maliyyə vəsaitinə sahib olmaq.
3. Qanuna əməl etmək, vətəndaşı olduğu ölkədə məhkum olmamaq.
4. Tibbi müayinənin nəticəsi haqqında tələb olunan sənədlər.
5. Qanunla nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra Kanadanın ərazisini tərk edəcəyinə hazır olmasını təsdiq edən sənədin təqdim olunması.
Bəzi əcnəbilər üçün Kanadada təhsil almaq üçün icazə tələb olunmur. Bunlara misal, diplomatların və Kanadada hərbi xidmətdə olan zabitlərin övladlarını göstərmək olar. Təhsildən sonra 90 gün ərzində işləmək ücün icazə alamağa da şərait yaradılır.

Ailə üzvlərinin Kanadaya immiqrasiyası
Kanada vətəndaşlığını alan ailə üzvləriniz varsa, onların sponsorluğu ilə Siz Kanadaya gedə bilərsiniz. Sponsor üçün tələb olunan şərtlər:
• 18 yaşın tamam olması
• Dəvət olunan şəxsin qidalanmasına, yaşamasına, tibbi müayinəsi və müalicəsinə tələb olunan xərclərin ödənilməsi üçün maliyyə imkanına malik olmasını təsdiq edən sənədlərin olması
• Dəvət edən şəxsin Kanadada olması
• Bankrot olmaması və qüvvədə olan cəzasının olmamasını təsdiq edən sənədlərin olması
Miqrasiyanın bu növü yalnız yaxın qohumlar – ər və arvad, uşaqlar və valideynlər üçün nəzərdə tutulub.

Kanadaya həmçinin qaçqın kimi gəlmək qaydası da mövcuddur.
Avropa ölkələrindən fərqli olaraq Kanada qaçqın statusunun verilməsinə daha ciddi yanaşır və qaçqın statusu ilə bağlı qaydalar kifayət qədər sərtdir.