Simvol foto © Neven Divkovic / pixabay.com
Simvol foto © Neven Divkovic / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olan YUNESKO son 12 ildə qətlə yetirilən jurnalistlərin sayı ilə bağlı məlumat yayıb. AzEuroNews.com xəbər verir ki, təşkilatın yaydığı məlumatda deyilir ki, 2006-cı ildən indiyə kimi 1096 jurnalist qətlə yetirilib. Onların təkcə 86-sı bu il öldürülüb. 

Təşkilatın məlumatında vurğulanır ki, 2016-ci ilin əvvəlindən 2017-ci ilin sonuna kimi 1010 jurnalist qətlə yetirilib. 

Jurnalistərə qarşı işlənmiş cinayətlərin sadəcə 10 %-i aydınlanıb.