Böyük Britaniyanın Baş naziri Tereza Mey”Brexit”dən sonra ölkə şirkətlərinin Avropa İttifaqı (Aİ) dövlətlərinin bazarlarına çıxışı qoruyacağı ilə bağlı rəsmi Brüssel ilə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə “The Times” nəşri özünün mənbələrinə istinadən yazıb.

Qeyd edilir ki, tərəflər arasındakı razılıq Böyük Britaniyanın bu sahədəki qanunlarının Avropa normalarına uyğun olduğu müddətdə Britaniya şirkətlərinin Aİ bazarlarına çıxışını nəzərdə tutur.

Həmçinin rəsmi London Avropanın vahid əmtəə bazarına çıxışı kimi əsas məsələləri də həll etməlidir.