Profilaktika işləri ilə əlaqədar fəaliyyəti dayandırılan Bakı Funikulyoru bugündən vətəndaşalrın istifadəsinə verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funukulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib.

Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunub. Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən burada aparılan işlər başa çatdırılıb.

Funikulyor 1960-ci ildəmayın 5-də istifadəyəverilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Leninqrad, avadanlıqlar isə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında liftrolunu icra edən Funikulyorda vaqonlararası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yenivaqonlar alınıb və 2012-ci ilmayın 23-də açılışı keçirilib.