Müğənni Aysel Əlizadə yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi çəkilişdən bir fotonu İnstaqram səhifəsində paylaşıb.

Ayselin stili üzərində Elnur Həsənov çalışıb, fotonun müəllifi isə Ruslan Nəbiyevdir. Fotoda uzun yarıqlı göy libas geyinən Aysel bir saat içində mindən çox bəyəni toplayıb.