Araz Əlizadə
Araz Əlizadə

Emil Salamoğlu/AzEuroNews.com ➤ “Elmar Məmmədyarov xarici işlər naziri kimi prezidentin xarici siyasətini həyata keçirir. Əsas odur ki, bu çıxış prezidenti qane etsin, başqa kimisə qane etməyə bilər”.

Bu sözləri AzEuroNews.com-a deputat Araz Əlizadə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyədə “səlist ana dilində” olan nitqi ilə bağlı danışarkən bildirib.

Sosial mediada diskussiya yaradan XİN rəhbərinin anlaşılmaz çıxışına münasibət bildirən millət vəkili A.Əlizadə hesab edir ki, xarici siyasətə cavabdeh prezidentdir: “Bu çıxış və açıqlamalar onu qane edirse, başqaları sussa yaxşıdır”.

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Nazirin çıxışdan nə Mövlud Çavuşoğlu, nə də türkiyəli jurnalistlər bir şey anlayıblar.