Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyada türk avtobus sürücüsü hücuma məruz qalan bir qadını sürətlə gələn qatarın atına düşməkdən xilas edib. AzEuroNews.com xəbər verir ki, 37 yaşlı Uğur Altun bu qəhrəmanlığına görə mükafat alıb. Təqdimat mərasimində Almaniyanın daxili işlər naziri Horst Zeehofer də iştirak edib. Daxili işlər naziri ZDF kanalının təsis etdiyi “Mədəni cəsarət”mükafatını türk avtobus sürücüsünə təqdim edib.

Hadisə barədə məlumat verən U.Altun deyib ki, Ştutqart şəhərini mərkəzi dəmiryolu vağzalında fasilə verdiyi zaman qışqırıq səsləri eşidib. Tez platformaya tərəf qaçan U.Altun bir kişinin bir qadını saçlarından tutub sürətlə gələn qatarın altına atmaq istəməsini görüb.

O, dərhal qadını onun əlindən alaraq sürətlə gələn qatarın altına düşməkdən xilas edib.