Fərhad Çağtürk / AzEuroNews.com   Avropaya gələn ü3qAfrika qitəsindən olan miqrantların böyrəklərini satdıqları ortaya çıxıb.

AzEuroNews.com xəbər verir ki, Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə ilkin tibbi müayinə zamanı müəyyən edilib ki, afrikalı miqranların bir çoxu tək böyrəklidir. Onların çoxu Avropaya gəlmək üçün insan alveri ilə məşğul olan şəxslərə pul verdiklərini və həmin pulu da böyrəklərini sataraq əldə etdiklərini deyiblər. 

Məlum olub ki, Somali, Eriteriya və Nigeriya kimi ölkələrdə fəaliyyət göstərən orqan mafiyası bir böyrəyə görə 13 min dollar vəd verir.

Mafiya üzvləri həkimlərdən hər böyrəyə görə isə, 20 min dollar alır.

Miqrantlar deyib ki, əməliyyatın sonunda onlara vəd edilən puldan cəmi 2 min dollar verilir. Həmin pulu da insan alverçilərinə verərək qanunsuz yollarla Avropaya gəlirlər.

Böyrəklərin avropalı xəstələrə satıldığını deyən miqranlar bu işlə məşğul olan Misirin paytaxtı Qahirədə bir neçə xəstəxanın adını veriblər. 

Onlar həmin xəstəxanda yüzlərlə avropalı xəstənin böyrək nəqli üçün növbə gözlədiklərini də əlavə ediblər.

Somali, Eriteriya və Nigeriyadan olan miqratlar öz ölkələrində həkimə getməyə qorxduqlarını, az qala adi mədə ağrısına görə xəstəxanaya gedənlərin iynə ilə yatırılıb daha sonra böyrəklərindən birinin alındığını deyiblər. 

Əməliyyatlar lazımı tibbi şəraitdə keçirilmədiyindən xəstələrin çoxu sonradan müxtəlif infeksiyalardan həyatlarını itirirlər.