Aktrisa Fahriye Evcen hamilə olması xəbərindən sonra ilk dəfə görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 aylıq hamilə aktrisa həyat yoldaşı Burak Özçivitlə Arnavutköy istiqamətində kameralara tuş gəliblər.

Jurnalistlərin suallarını ayaqüstü cavablandıran cütlük çox həyəcanlı olduqlarını bildiriblər.

“Tərifsiz bir hissdir. Çox xoşbəxtəm. Övladımı Türkiyədə dünyaya gətirəcəm”, – deyə Evcen bildirib.

Burak isə hələlik istirahət etdiyini yeni ildən çəkilişlərə başlayacağını açıqlayıb.