Simvol foto © Deutschland.de
Simvol foto © Deutschland.de

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniya 2020-ci ilə kimi alış-verişdə sellofan və plastik qablardan imtinaya hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bir alman vətəndaşının bir ildə atdığı zibilin miqdarı 600 kilodan çoxdur. Bu isə, Avropa ölkələri vətəndaşlarının 474 kilo zibil normasından bir qədər çoxdur. 

Artıq Almaniyanın bəzi şəhərlərində fəaliyyət göstərən marketlər tam olaraq sellofan torba ilə alış-verişi qadağan edib. Eyni zamanda onlar əsasən plastik qablarda satılan ağartı məhsullarının istehsalçı şirkətləri ilə anlaşaraq xüsusi qablarda satışı həyata keçirirlər.

Alıcıların buna münasibəti isə, birmənalı deyil. Bəziləri bunun əziyyətli bir iş olduğunu söyləyir. Çünki, alış-verişə gələn şəxs özü ilə kağız və ya parça zəmbil, şüşə balon gətirməlidir. 

Almaniya hökuməti isə, bu yolla ətrafı mühitin qorunacağını, dövlətin artıq zibil daşıma, çeşidləmə və emal etmə kimi xərclərdən xilas olacağını düşünür.