Fərhad Çağtürk / AzEuroNews.com   Rusiyanın tanınmış, ən çox oxunan bloqeri İlya Varlamov Azərbaycanın Heydər Əliyev adına Hava Limanında saxlanılıb. AzEuroNews.com xəbər verir ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları pasport yoxlanışı zamanı onun ölkəyə buraxıla bilməyəcəyini bildirirək, bilet alıb ölkəsinə qayıtmalı olduğunu deyiblər. Daha sonra İ.Varlamov hava limanının təhlükəsizlik xidmətinin əməkdaşlarına təhvil verilib. 

Məlumat üçün bildirək ki, İlya Varlamov bir neçə dəfə Bakıda olub. Onun üç il əvvəl Bakıda olarkən hazırladığı “Kasıb Bakı” və “Varlı Bakı” fotoreportajı bir müddət müzakirə edilib. 

Varlamov Rusiyada ictimai fikrə təsir edən, səyahətçilərin fikrini formalaşdıran bloqerlərdən birisidir.