Simvolik foto © Fərhad Çağtürk / AzEuroNews.com
Simvolik foto © Fərhad Çağtürk / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln    Almaniyada 42 yaşlı azərbaycanlı güllələnib. AzEuroNews.com xəbər verir ki, hadisə Hamburq şəhərində qeydə alınıb. Belə ki, “Jeep” markalı avtomobildə olan biri azərbayanlı 3 nəfər  “Wandsbeker Chaussee” şosesində dayanaraq təcili yardım çağırıb. 

Hadisə yerinə gələn təcili yardım hələlik kimliyi məlum olmayan, yaralı 42 yaşlı Azərbaycan Respubikası vətəndaşını xəstəxanaya aparıb.

İki şübhəli hadisə yerindən uzaqlaşmaq istəyərkən polis gəlib və onlar saxlanılıb.

Polis saxlanılan şəxslərin azərbaycanlını güllələməsindən şübhələnir.

Polis avtomobildə və ətrafda axtarışlar aparıb.

Məlumat üçün qeyd edək ki, ötən ayın 10-u eyni yerdə bir alban da güllələnib.

Polis həmin cinayətin narkotik mafiayası tərəfindən törədildiyindən şübhələnir.