Tailand marixuananın satışını qanuniləşdirən ilk Asiya ölkəsi olacaq.

“Qafqazinfo”nun “Time” nəşrinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi marixuanadan yalnız tibbi məqsədlər üçün istifadə edilməsinə imkan yaradacaq.

Ölkənin Milli Qanunvericilik Assambleyasının İctimai Səhiyyə Komitəsinin sədri Cet Siratraanon bu qərarın iqtisadiyyata çox kömək edə biləcəyini açıqlayıb.

Hazırda Tailand qanunlarına görə, narkotik və marixuana ilə bağlı cinayətlərə görə ömürlük həbs cəzası və ölüm cəzası tətbiq edilir.