Noyabrın 5-də Lənkəran stansiyasından 16 kilometr qərbdə – Lerik rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:05:51-də qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bala qədər hiss olunub.