Sabahdan, hər gün saat 8:20-dən saat 17:00-a qədər, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulacaq.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, məhdudiyyət tətbiq edilməsində məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.