Vüsal Novruzov
Vüsal Novruzov

AzEuroNews.com /Bakı   Deputat Vahid Əhmədovun ötən dövr ərzində Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini açıqlaması və hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu söyləməsi ciddi rezonans doğurub.

AzEuroNews.com xəbər verir ki, 27 milyardın silinməsi keçmiş gömrük rəhbərliyinə diqqəti yönəldib. Millət vəkilinin sözlərindən də belə çıxır ki, prokurorluq sabiq gömrük rəisi Aydın Əliyev, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun fəaliyyətini araşdırmalıdır.

Sitat: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir.

Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir.

Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

V.Novruzov A.Əliyevin patronajlığı altında gömrükdə inhisarçılıq yaradıb, ölkəyə gətirilən avtomobillərin qeydiyyatı zamanı bir maşının qiyməti qədər rüşvət istənilir və ölkədə ikinci büdcə açılırdı.

Son illərdə brokerlər və gömrük generalları tərəfindən qazanılan kapital bir “katyol”a qoyulurdu və milyonlar müxtəlif istiqamətlərə daşınırdı.

Vahid Əhmədov
Vahid Əhmədov

Amma bu qanunsuzluqların və mənimsəmələrin əsas yükü V.Novruzovun üzərinə düşürdü. V.Əhmədovun bu açıqlaması keçmiş gömrük rəhbərliyinin fəaliyyətinin yoxlanılmasına başlanğıc üçün bir mesaj ola bilər.

Savash.org isə yazıb ki, V.Novruzov revanş hissi ilə alışıb-yanır və yaxın ətrafına tezliklə yüksək bir vəzifəyə təyinat alacağını bildirib.

Bir müddət öncə virtualaz.org saytında dərc olunmuş 615 min dollarlıq zinnət qalmaqalında adının hallanmasına görə redaksiyaya şəxsən telefon açan Vüsal Novruzov bununla da yeni təyinatına qədər mətbuatın tənqidlərindən yan keçməyi planlaşdırıb.

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqlarını bildirir.

Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.

Vüsal Novruzov isə məsələylə bağlı açıqlama verərək bu qalmaqala aidiyyatının olmadığını bəyan edib.

Bəzi saytlarda Vüsal Novruzovun enerji içki bazarının əsas monopolistlərindən olduğu, “Heel” içkisinin ölkə bazarındakı sahibi olması haqda məlumatlar dərc olunub.