Foto © Fərahim İLQAROĞLU/ AzEuroNews.com

Fərahim İLQAROĞLU / AzEuroNews.com / Köln ➤ Almaniyada qatar səfərlərində yaranmış problem həyatı iflic edib. AzEuroNews.com xəbər verir ki, xüsusilə ölkənin Şimli Reyn Vestfaliya əyalətində qatar səfərlərlərinin gecikməsi və ləğv edilməsi platformalarda sərnişinlərin saatlarla gözləməsinə səbəb olub.

Düzdür, Almaniya Dəmiryolları sərnişin sıxlığını aradan qaldırmaq məqsədi ilə qısa məsafələrə əlavə pulsuz avtobus reysləri təşkil etsə də, bu yetərli olmayıb.

Qatar səfərlərinin gecikməsi və ləğv edilməsindən ən çox əziyyəti isə ölkənin Köln, Bonn, Siqburq, Köniqsvinter, Troisdorf kimi şəhərlərinə yaşayan sakinlər çəkib.

Almaniya Dəmiryollarından verilən açıqlamaya görə, qatar səfərlərinin gecikməsi və ya ləğv edilməsinə səbəb personal çatışmazlığıdır. Problemin noyabrın 9-a kimi həll edilməsi gözlənilir. 

Foto © Fərahim İLQAROĞLU/ AzEuroNews.com
Foto © Fərahim İLQAROĞLU/ AzEuroNews.com