Sabiq baş məşqçisi Antonio Konte İngiltərənin “Çelsi” klubundan 23 milyon avro təzminat tələb edib.

“Report” “Gazetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bu məbləğin 13 milyon avrosunu müqavilənin erkən pozulmasına, 10 milyon avro isə imicinə vurulan zərərə görə istəyir.

“Çelsi” rəhbərliyi isə Kontenin tələblərini qəbul etmir və buna qarşılıq olaraq, 49 yaşlı mütəxəsisin qarşısında qoyulan məqsədləri yerinə yetirmədiyini bildirir. “Zadəganlar” Konteni sponsorluq öhdəliklərini pozmaqda, mətbuat konfranslarına gecikməkdə və şəxsi maşınını klubun bazasına yaxın yerdə saxlamamaqda günahlandırır.

Qeyd edək ki, italiyalı mütəxəsis “Çelsi”də 2016 – 2018-ci illər çalışıb.