Foto © Emil Salamoğlu / AzEuroNews.com
Foto © Emil Salamoğlu / AzEuroNews.com

Emil Salamoğlu / AzEuroNews.com /Bakı  ➤ Bakıya 10 dəqiqə yağan yağış şəhəri yenə su altında qoydu. AzEuroNews.com xəbər verir ki, yolları su basıb, nəqliyyatın hərəkəti iflic olub.

Şəhərin avtovağzal istiqamətində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov qəsəbəsində, Biləcəridə və bir çox ərazilərdə yollar gölməçəyə çevrilib. Paytaxt 10 dəqiqə yağışa dözməyib.

Foto © Emil Salamoğlu / AzEuroNews.com
Foto © Emil Salamoğlu / AzEuroNews.com

Şəhərin kanalizasiya sisteminin qurulmasında yenilik olmadığına görə artıq şəhər sakinləri Bakıya yağış yağmasını istəmirlər. Çünki fotolardan da göründüyü kimi, Bakı yolları keçilməz olur.

Xatırladaq ki, sentyabrda səhər saatlarında yağan yağış Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti – Dəniz vağzalı istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaratmışdı, evləri, həyətləri su basmışdı, Fəvvarələr meydanı okeana çevrilmişdi, insanlar qayıqla hərəkət edirdilər.

Foto © Emil Salamoğlu / AzEuroNews.com
Foto © Emil Salamoğlu / AzEuroNews.com