Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan “Ümumavropa ordusu”nun yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, Fransa prezidenti hazırda Avropanın kiberhücumlara, eləcə də daxili proseslərə müdaxilə təhdidlərinə məruz qalır.

O bildirib ki, bunun üçün ümumi qoşunların yaradılması zəruridir:

“Əgər həqiqi “Ümumavropa ordusu”nu yaratmasaq, biz avropalıları müdafiə edə bilməyəcəyik. ABŞ olmadan, özü-özünü müdafiə edə biləcək Avropamız olmalıdır”.