Dilan Çiçek Deniz və Furkan Andıç cütlüyünün bir illik münasibətə son qoyması hər kəsi təəccübləndirib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Deniz ötən gecə klubda görüntülənib. Ayrılığı unutmaq üçün gecə həyatına başlayan Dilan jurnalistləri qarşısında görüb təəccüblənib.

O, Furkanla ayrılması haqda suallara “”Bir-birimizi başa düşmədik və ayrıldıq. Küsülü deyilik, problemləri aramızda həll etdik. Hələ də çox sevdiyim və dəyər verdiyim biridir. Ona görə də bu haqda çox danışmayacam. Pis olmaq istəmirəm” cavabını verib.

“Yenidən barışıq ola bilər” sözlərinə isə Dilan “Olmaz” deyərək, uzaqlaşıb.