Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər hərraca çıxarılacaq.

Trend-in Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinin hərraca çıxarılma tarixi 4 dekabr 2018-ci ildir.

Avtomobillər arasında “Mercedes”, “BMW”, “Nissan” kimi markalar var.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı:

S/NBalanssaxlayıcı müəssisənin adıAvtonəqliyyat vasitəsinin markasıBuraxılış iliStart qiyməti

(manatla)

10% beh

(manatla)

1.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Musiqili TeatrıMercedes Benz 28019987000700
2.Şəki Şəhər İcra HakimiyyətiVAZ-212119851000100
3.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Lənkəran Şəhər Statistika İdarəsiVAZ-2104320064000400
4.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Gəncə Şəhər Statistika İdarəsiVAZ-2104320063000300
5.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsiNissan Maxima20026000600
6.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Cəlilabad rayon Statistika İdarəsiVAZ-210620051800180
7.Azərbaycan Respublikası Xarici İşlər NazirliyiBMW 730 Li

(qəzalı vəziyyətdə)

20065000500
8.Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsiNissan Maxima20064500450

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.