Bir müddət əvvəl İnstaqram hesabında bir qadınla fotosunu paylaşan müğənni Mustafa Sandalın sevgilisinin kimliyi bəlli olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hər kəs fotodakı qadının aktrisa Ceren Hindistan olduğunu iddia etmişdi. Lakin gerçəklər məlum olub. Belə ki, müğənninin sevgilisinin Ayşəgül Işık adlı gənc qız olduğu ortaya çıxıb.

Işık yayılan xəbərlərdən sonra sosial media hesablarını bağlayıb.

Qeyd edək ki, Sandal bundan əvvəl Emina Yahoviçlə evli idi.