Foto © Ralph/ pixabay.com
Foto © Ralph/ pixabay.com

AzEuroNews.com ➤ Mərakeşdə miqrasiya ilə bağlı zirvə toplantısı keçiriləcək. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, zirvə toplantısında imzalanması nəzərdə tutulan Miqrasiya Paktı haqqında mübahisələr artmaqda davam edir. Polşa da yəqin ki, BMT-nin Miqrasiya Paktından imtina edəcək.

Avstriyadan sonra Polşa hökuməti də BMT-nin Miqrasiya Paktını imzalamaq istəmədiyini elan edib.  Angela Merkel isə, əksinə olaraq bu sənədi müdafiə etməkdə davam edir. 

Polşa da həmçinin böyük ehtimalla BMT-nin planlaşdırılmış Miqrasiya Paktından geri çəkiləcək. “Biz hesab edirik ki, suveren prinsiplərimiz mütləq prioritet daşıyır”, -Merkel və onun Kabineti ilə birlikdə Almaniya-Polşa hökumət toplantısından sonra Polşanın baş naziri Mateyşa Moravçko belə deyib. Bunula da Polşa Birləşmiş Ştatlar, Macarıstan, Avstraliya və Avstriya Pakta qoşulmayacaqlarını bəyan ediblər. 

Kansler Angela Merkel (XDİ) Miqrasiya Paktını ölkəsində və xaricdə tənqiddən müdafiə edib. Merkel cümə günü Varşavada Polşanın baş naziri Mateus Moravieki ilə olan görüşdə Paktın immiqrasiya məsələlərində dövlətlərin suverenliyini xüsusilə, nəzərə çatdıra və bunun, mütəxəssislərin qanuni miqrasiyası və ya humanitar əsaslar üçün başlanğıc ola biləcəyini deyib : “Fikrimcə bütün bunlar Miqrasiya paktında çox vacib şəkildə təqdim olunub, o, qanuni olaraq məcburi deyil və Almaniya məhz buna görə burdadır”.

Pakt qanunsuz miqrasiya məsələlərinin həll olunmasına yardım etməlidir, lakin hədəf həmçinin miqrantların hüquqlarının möhkəmlənməsidir. 

Berlində hökumət təmsilçisi Ulrike Demmer də paktı müdafiə edir. Onun fikrincə: “Vacibdir ki, bizim müraciətlərimiz doğru anlaşılsın. Pakta qanunsuz miqrasiyanı məhdudlaşdıraraq yerinə qanuni miqrasiyanı gücləndirməyə yardım edəcək”.

“Pakt ümumi hədəfləri müəyyən edən bir sənəddir. Bu hədəflərin necə həyata keçəcəyi məsələsi, xüsusilə də əgər söhbət qanunsuz miqrasiya qarşı mübarizənin və tənzimlənən müqrasiyaya şəraitin yaradılmasının qaydalarından gedirsə, bu məsələlər üvz dövlətlər üçün açıq saxlanılır. Beləliklə, immiqrasiyanın kriteriya və həcmi dövlətlər üçün suveren qərar olaraq qalır”, xarici işlər nazirliyinin nümayəndəsi deyib.

AfD həftələrdir pakta qarşı açıq fəaliyyət göstərir. Partiyanın sədri Alice Weidel cümə günü hökuməti məzəmmət etməklə elan etdi ki, Miqrasiya Paktının icrasi ölkələr üçün məcburi xarakter daşımasa da, müəyyən öhdəliklər yaradır. Partiya rəhbəri iddia edir ki, Miqrasiya Paktı qeyri-müəyyən məzmunda tərtib edilib və miqrasiyanın daha da genişlənməsi üçün bu sənəddən sui-istifadə oluna bilər.

BMT- nin üzv dövlətlərin təşəbbüsü ilə hazırlanmış sənədin 10-11 dekabr tarixlərində Mərakeşdə baş tutacaq zirvə toplantısında imzalanması nəzərdə tutulub.