Rusiya Çinə Su-35 çoxhədəfli qırıcıların tədarükünü 2019-cu ilin əvvəlində başa çatdıracaq.

Trend-in məlumatına görə, bu barədə Çində keçirilən beynəlxalq aviasiya sərgisi zamanı deyiblər.

Qeyd olunur ki, ümumilikdə təyyarələrin böyük hissəsi Çinə tədarük olunub. Qalan 6 təyyarə yaxın aylarda yola salınacaq.

Xatırladaq ki, Rusiya ilə Çin arasında Su-35 qırıcısının tədarükü barədə müqavilə 2015-ci ildə imzalanıb.