Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.

Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.

Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır.

Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələlik məlum deyil.