Lamiyə Məmmədova / AzEuroNews.com / Paris Fransanın Daxili İşlər Nazirliyi keçən il 50 min uşağın itkin düşməsi ilə bağlı məlumat yayıb. AzEuroNews.com xəbər verir ki, nazirlik yoxa çıxan 49422 uşağın əksəriyyətinin evdən qaçan uşaqlar olduğunu bildirib. 

Ötən gün Fransada Beynəlxalq İtgin Uşaqlar Günü ilə bağlı keçirilən tədbirdə çıxış edən “Enfants Disparus”

dərnəyinin başqanı bildirib ki, Fransada hər il demək olar ki, eyni sayda uşaq itkin düşür. Dərnək başqanı Anne Larxe çıxışı zamanı vurğulayıb ki,  bu rəqəm 2017-ci ildə 48094, 2016-ci ildə 49447 olaraq qeydə alınıb. 

Bu mövzuda statistik məlumatları paylaşan dərnək başqanı yoxa çıxan uşaqların 52.5%-nin oğlan, 47.2 %-nin isə qız olduğunu söyləyib. 

İtgin uşaqların 69.4 %-i 15 yaşından böyük uşaqlar olub.