Foto © Ralph / pixabay.com
Foto © Ralph / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤  2018-ci ildə Almaniya höküməti sığınacaq axtaranlara və qaçqınlara 15,5 milyard avro ayırıb, gələn il üçün isə 12, 72 milyard nəzərdə tutulub. Bu barədə  məlumatı Almaniyada Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzində daxil olub. Məlumatda deyilir ki, miqrasiya böhranının başlanğıcından bəri, Alman hökuməti, sığınacaq axtaranlara və qaçqınlara milyardlarla avro ayırıb. Bu məbləğ sığınacaq axtaran şəxslərin yaşayış yerlərinin saxlanmasına, inteqrasiya kurslarına, inzibati xidmətlərə və sair sahələrə xərclənib. 

Son dörd il ərzində sığınacaq axtaran şəxslərə federal ödənişlərin ümumi məbləği (2016-cı ildən 2019-cu ilə qədər) 56 milyard avro olmalıdır.

2016 və 2017-ci illərdə sığınacaq axtaran şəxs kimi Alman hökümətinə edilən müraciətlərin sayı 886 mindən çox olmuşdur. İki ildir ki, hökumət sığınacaq axtaranlar üçün təxminən 28 milyard avro ayırıb. Onun 15,8 milyardı yerli hökumət xərclərinin ödənilməsinə (yaşayış yerlərinin təşkili və s.) xərclənib. Qəbul, qeydiyyat və inteqrasiya sahələrinə 6,6 milyard avro, işsizlik müavinəti üçün isə 5,4 milyard avro xərclənib.

Hökumət bu il sığınacaq axtaranlara 15,5 milyard avro xərcləyib, gələn il üçün isə isə 12,72 milyard avro ayrılması planlaşdırılıb.

Alman siyasətçilərinin böyük əksəriyyəti bu vəziyyətlə razılaşmır və sığınacaq axtaran şəxslərə ayrılan maliyyə məbləğini azaltmağa çağırır. Məsələn, Bavariya Daxili İşlər Naziri Joaxim Herrmann hesab edir ki, əgər sığınacaq axtaran şəxslər qəbul edilmiş rədd qərarından şikayət edirsə, bu halda onlar məhkəmə xərclərini özləri ödəməlidirlər. Siyasətçi nazir hesab edir ki, bu yolla həm şikayətlərin sayı azalacaq həm də dövlət büdcəsindən məhkəmə xərclərinə ayrılan vəsait azalacaqdır.