Qəhvəni qovuranda fenilindan maddəsi yaranır. Bu maddə Altsheymer və Parkinson xəstəliklərinin inkişafının qarşısını alır.

“Ölkə.Az” xəbər verir ki, bunu Kanadanın Krembil tədqiqatlar institutu və Toronto universitetinin alimlərindən ibarət qrup açıqlayıb. Elmi işin nəticələri “ScienceDaily” portalında yayımlanıb.

Alimlər tədqiqat zamanı üç qəhvə növünü tədqiq ediblər. Məlum olub ki, kofeinli tünd və kofeinsiz tünd, qovrulmuş qəhvə Altsheymer və Parkinson xəstəliklərinin qarşısını alır. Bu, o deməkdir ki, kofeyin yox, qovrulma zamanı ortaya çıxan bir maddə təsir göstərir.

Bu maddənin adı fenilindan antioksidantıdır. Bu maddə demensiyanı sürətləndirən amiolidlərin yaranmasının qarşısını alır.