“Xiaomi” şirkəti “Mi Notebook” modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib.

Trend-in məlumatına görə, noyabrın 11-dən satışa çıxarılacaq noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edəcək.

Bildirilir ki, noutbuk 16,6 dioqanallılar arasında ən ucuzu olacaq. “Mi Notebook”un prosessoru 8-ci nəsil “Intel Core i3”, operativ yaddaşı 4 giqabayt (32 giqabayta qədər artırma imkanı ilə). Sərt diskin həcmi 128 giqabayt olacaq.

Noutbukun korpusunun tam olaraq metaldan olmasına baxmayaraq, “Mi Notebook” yüngül və istifadədə rahat olacaq.