UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

“Report” xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İtaliyada “Yuventus”la İngiltərə “Mançester Yunayted”i arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Hazırda Turin komandasında çıxış edən Kriştianu Ronaldu keçmiş klubuna qol vursa da, “qırmızı şeytanlar” oyunun sonlarında iki qolla qalib gəliblər.

Gecənin ən çox qollu qarşılaşmalarında “Mançester Siti” İngiltərədə Ukrayna “Şaxtyor”unu, İspaniya “Real Madrid”i isə Çexiyada “Viktoriya”nı darmadağın edib.

Ümumiyyətlə, turun ikinci oyun günündə qapılara 29 qol vurulub.

7 noyabr

Çempionlar Liqası, IV tur

E qrupu

00:00. “Bavariya” (Almaniya) – AEK (Afina, Yunanıstan) – 2:0

Qollar: Robert Levandovski, 31 (pen.); 71

00:00. “Benfika” (Portuqaliya) – “Ayaks”(Hollandiya) – 1:1

Qollar: Jonas, 29 – Duşan Tadiç, 61

Xal durumu: “Bavariya” – 10, “Ayaks” – 8, “Benfika” – 4, AEK – 0.

F qrupu

00:00. “Lion” (Fransa) – “Hoffenhaym” (Almaniya) – 2:2

Qollar: Nabil Fekir, 19. Tanquy Ndombele, 28 – Andrey Kramariç, 65. Pavel Kaderjabek, 90+2

00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 6:0

Qollar: David Silva, 13. Qabriel Xesus, 24 (pen.); 72 (pen.); 90+2. Rahim Sterlinq, 49. Riyad Mahrez, 84

Xal durumu: “Mançester Siti” – 9, “Lion” – 6, “Hoffenhaym” – 3, “Şaxtyor” – 2.

G qrupu

00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Real Madrid” (İspaniya) – 0:5

Qollar: Kərim Benzema, 21; 37. Kazemiro, 23. Qaret Beyl, 40. Toni Kroos, 67

21:55. MOİK (Moskva, Rusiya) – “Roma” (İtaliya) – 1:2

Qollar: Arnor Siqurdsson, 50 – Kostas Manolas, 4. Lorentso Pelleqrini, 59

Xal durumu: “Roma” – 9, “Real Madrid” – 9, MOİK – 4, “Viktoriya” – 1.

H qrupu

21:55. “Valensiya” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) – 3:1

Qollar: Santi Mina, 14; 42. Karlos Soler, 56 – Roje Assale, 37

00:00. “Yuventus” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 1:2

Qollar: Kriştianu Ronaldu, 65 – Xuan Mata, 86. Leonardo Bonuççi, 90 (öz qapısına)

Xal durumu: “Yuventus” – 9, “Mançester Yunayted” – 7, “Valensiya” – 5, “Yanq Boyz” – 1.