Amerikalı boksçu Floyd Meyvezer yaponiyalı kikboksçu Tensin Natsukava ilə döyüşə razılıq vermədiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün Instagram səhifəsində yazıb.

Meyvezer qeyd edib ki, söhbət yaponiyalı kikboksçu ilə yalnız nümayiş xarakterli çıxışdan gedirdi. Özü də razılaşmanın şərtinə görə, dekabrın 31-ə planlaşdırılan bu çıxış məhdud sayda insanlar üçün nəzərdə tutulurdu və televiziya yayımından söhbət getmirdi.

41 yaşlı boksçu tamaşaçılardan üzr istəyib.