Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

 

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤  Almaniyada sığınacaq axtaranların çoxu Almaniyaya sənədsiz gəldiklərini iddia edir. Bu barədə AzEuroNews.com-a Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. 

 Məlumatda deyilir ki, 2018-ci ilin ilk 6 ayı ərzində sığınacaq üçün müraciət edən şəxslərin 58 faizi şəxsiyyəti təsdiq edən heç bir sənəd təqdim etmədən ərizə ilə müraciət edib. 

Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) sözçüsü bildiribv ki, bəzi sığınacaq axtaran şəxslər qəsdən sənədlərin verilməsindən imtina edirlər və hesab edirlər ki, sənəd təqdim etməmə faktı onların şanslarının artmasına kömək edəcəkdir. Əslində isə bu yanlış qərardır və sənədlərin verilməməsi şansın artmasına səbəb deyil.
BAMF-ın apardığı statistik məlumata görə suriyalıların 21 faizi, türkiyəlilərin 24 faizi sənəd təqdim ediblər. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə əfqanların 88 faizi, eritriyalıların 89 faizi, əlcəzairlilərin 95 faizi şəxsiyyəti təsdiq edən sənəd vermədən qaçqın statusu almaq üçün müraciət ediblər. Nigeriyalılar, somalilər, qvineyalılar və Qambiyadan olanların 97-99 faizi sənəd təqdim etmədən müraciət edən şəxslərdir.