Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyada 50 min xəstə baxıcısına ehtiyacın olduğunun elan edilməsi Türkiyədə izdihama səbəb olub. AzEuroNews.com xəbər verir ki, Almaniyaya işçi göndərmək üçün Türkiyənin Adana şəhərində açılan baxıcı kursuna maraq həddindən artıq çox olub. 

Adanada yerləşən Kosan Sis Texniki və Peşə Liseyi ötən gün qapılarını qeydiyyatdan keçmək istəyən vətəndaşların üzünə açıb. Lakin yaranan izdiham səbəbi ilə vətəndaşlar bir-birilərini əziblər. 

Qeydiyyat prosesi normal keçmədiyindən müvəqqəti olaraq ləğv edilib. 

Məlumat üçün bildirək ki,  Almaniya ilə Türkiyə arasında xəstə baxıcılarını işlə  təmin etmək üçün müqavilə bağlanıb. 

Həmin müqaviləyə əsasən Adanada yerləşən Kosan Sis Texniki və Peşə Liseyi Almaniyaya gedəcək olan xəstə baxıcılarına təhsil verərək, onları bu peşə ilə bağlı hazırlayacaq. 

Bundan öncə isə, Almaniya 50 min xəstə baxıcısına ehtiyac olduğunu elan edib.