Fərhad Çağtürk / AzEuroNews.com Balkanlarda yeni qaçqın marşrutu  Bosniya və Herseqovinadan keçir. AzEuroNews.com xəbər verir ki, rəsmi olaraq ilin əvvəlindən ölkəyə 20 min qaçqın gəlib. Son günlər havaların soyuması burada humanitar fəlakətin yaranmasına səbəb olub.  

Xüsusilə, Xorvatiya ilə sərhəddə yerləşən qaçqın kamplarında şəraitsizlik bir çox yoluxucu xəstəliyin yaranmasına səbəb olub. 

İraq, Suriya, Əfqanıstan və Afrikanın müxtəlif ölkələrindən bura gələnlər hətta kamplarda fiziki təzyiqə məruza qaldıqlarını da iddia edirlər. 

Ötən gün şəraitin dözümsüzlüyünə etiraz edən bir qrup qaçqın kamp rəhbərliyinin oturduğu binanın qarşısında etiraz aksiyası keçiriblər. Lakin aksiya kampın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dağıdılıb. 

Qaçqınlar iddia ediblər ki,  aksiyadan sonra kamp rəhbərliyinin göstəri ilə aksiyanın təşkilatçılarına qarşı amansız rəfdar edilib.  

Ən dəhşətlisi isə, həmin gün kampın tualetlərinin qapılarının bağlanması olub.

Qaçqınlar iddia edir ki, demək olar ki, hər gün bir-iki nəfər kampdan qaçaraq gizli yollarla Almaniya, Fransa və Hollandiya kimi ölkələrə gedir.