Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyada qaçqın yataqxanalarına hücumlar artıb. AzEuroNews.com xəbər verir ki, Almaniyanın  Sol Partiyası Federal Daxili İşlər Nazirliyinə verdiyi sorğunun nəticəsini yayımlayıb. 

Məlumatda deyilir ki, bu ilin iyul-sentyabr aylarında qaçqın yataqxanalarına 37 hücum gerçəkləşib.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, qaçqın yataqxanalarına hücumlar nəticəsində 9 nəfər yaralanıb. 

Bütün il nəzərə alınandan isə, hücumların 2017-ci illə müqayisədə azaldığı görünür. 

Belə ki, 2018-ci il başlayandan Almaniyada qaçqın yataqxanalarına edilən hücumların sayı 226 olaraq qeydə alınıb. Bu rəqəm 2017-ci ildə 114 olub.