Böyük Britaniya Avropa İttifaqı tərəfindən Rusiya hərbi kəşfiyyatının rəhbərlərinə qarşı sanksiya tətbiq olunmasına çalışır.

“Report” “The Times”ə istinadən xəbər verir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın və qızının zəhərlənməsində əli olduğu bildirilən 6 rəhbər şəxs Avropa İttifaqının kimyəvi silahların qarşısını almağı nəzərdə tutan yeni rejimi çərçivəsində sanksiyalar tətbiq olunacaq şəxslərin ilkin siyahısına salınıb.

Diplomatik mənbələrə görə, sanksiyalar təbiq olunacaq şəxslərin siyahısının dekabrda dərc olunacağı gözlənilir. Bu siyahı zəhərlənmə qalmaqalında şübhəli bilinən və mətbuatda Anatoli Çepiqa və Aleksandr Mişkin kimi hallanan şəxslərlə bağlı ilk rəsmi təsdiq ola bilər.