Köln kafedralı / Foto © Fərahim İlqaroğlu
Köln kafedralı / Foto © Fərahim İlqaroğlu

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın daha iki böyük şəhərində dizelli avtomobillərin istifadəsi qadağan edilir. AzEuroNews.com xəbər verir ki, Köln İnzibati Məhkəməsi Bonn və Köln şəhərində 2019-cu ilin aprel ayından “Avro 4” standartlı dizellə işləyən avtomobillərin hərəkətinin qadağan olunması il bağlı qərar verib. 

“Avro 5” standartlı dizellə işləyən avtomobillərin isə, 2019-cu ilin sentyabr ayından qadağan olunacağı gözlənilir. 

Məlumat üçün bildirək ki, bununla da, dizelli avtomobillərin hərəkətinin qadağa olunduğu Almaniya şəhərlərinin sayı 4 olub. 

Bundan öncə də müvafiq inzibati məhkəmələr Berlin və Hamburqla bağlı eyni qərarı verib.