Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyanın Köln şəhərində “AXC-100” ədəbi-bədii gecə keçiriləcək. Bu barədə məlumatı AzEuroNews.com-a Almaniyada yaşayan həmvətənimiz, tanınmış hüquqşünas Əlövsət Əliyev verib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Almaniyada qeyd olunacaq : “Bu il dekabrın 21-də Almaniyanın Köln şəhərində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək. Sənət adamlarının iştirakı ilə keçiriləcək tədbirdə maraqlı konsert proqramı planlaşdırılıb. Hər birinizi Cümhuriyyət bayramımızda görməyə şad olarıq”.

Ə.Əliyev vurğulayıb ki, yaxın günlərdə tədbir haqqında daha detallı məlumat veriləcək.